Senator Bayden haqqında: “Qanımızı axıdacaq”
Bizi izləyin

ABŞ

Senator Bayden haqqında: “Qanımızı axıdacaq”

ABŞ senatoru Rend Pol Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenin prezident seçilməsinin ölkədə mənfi nəticələrə səbəb olacağını bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə “NBC News”a danışıb.

“Co Bayden davamlı olaraq yeni müharibələrə çağırış edir. Donald Trampın “xalqımızın ən böyük geosiyasi səhvi” adlandırdığı İraqdakı qarşıdurmalara müsbət rəy verib. Qorxuram ki, Bayden yenidən müharibəni seçəcək. O, Serbiya, Suriya və Liviyadakı müharibələri dəstəklədi. Bayden qanımızı axıtmağa və pulumuzu xərcləməyə davam edəcək”, - Pol deyib.

R.Pol hazırkı Prezident Donald Trampı ən yaxşı namizəd olaraq görür. Onun sözlərinə görə, Tramp yeni münaqişələrə başlamaq əvəzinə silahlı qarşıdurmalara son qoymağa çalışır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçiriləcək. Əsas namizədlər Respublikaçılar Partiyasından Donald Tramp, Demokratlardan isə Co Baydendir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm