ABŞ ordusunun helikopteri qəzaya düşdü - ÖLƏNLƏR VAR
Bizi izləyin

ABŞ

ABŞ ordusunun helikopteri qəzaya düşdü - ÖLƏNLƏR VAR

ABŞ-ın Kaliforniya ştatında “Black Hawk” adlı hərbi helikopteri qəzaya uğrayıb.

Publika.az "Los Angeles Times" qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində iki hərbiçi ölüb, 3 nəfər isə yaralanıb

"Qəza olan zaman ABŞ ordusunun Xüsusi Əməliyyat Komandanlığı bölməsi Kaliforniya ştatının Koronado yaxınlığında təlim keçirdi. İki hərbçi şəhid oldu və üçü yaralandı. Həmin əraziyə giriş qadağan edilib, araşdırmalar gedir"-deyə qəzet yazır.

Qəzet onu da qeyd edib ki, hadisə San Diego şəhərinin təqribən 112 kilometr qərbində yerləşən San-Klemente adasında baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm