ABŞ-ın kəşfiyyat təyyarəsi qəzaya uğradı
Bizi izləyin

ABŞ

ABŞ-ın kəşfiyyat təyyarəsi qəzaya uğradı

ABŞ hərbi-dəniz qüvvələrinin “E-2 Hawkeye” uzaqmənzilli radiolokasiya kəşfiyyatı təyyarəsi Virciniya ştatının sahillərində qəzaya uğrayıb, dörd nəfər ekipaj üzvü xilas ola bilib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ hərbi-dəniz qüvvələrinin rəsmisi Patrik Qordon bildirib. O qeyd edib ki, iki pilot və ekipajın iki digər üzvü təyyarəni tərk edə bilib. “E-2 Hawkeye” Norfolk şəhərindəki (Virciniya ştatı) hərbi bazanın yaxınlığında məşq uçuşu keçirirmiş. Ekipaj üzvləri ciddi xəsarət almayıblar.

Qəzanın səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm