Maduro: “Tramp mənim qətlimi bəyənib"
Bizi izləyin

ABŞ

Maduro: “Tramp mənim qətlimi bəyənib"

Venesuela Prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ rəhbəri Donald Tramp onun qətlini bəyənib.

Publika.az xəbər xəbər verir ki, Venesuela rəhbəri bunu edə biləcək snayperlərin axtarışının getdiyini deyib.

"Mən ən kobud təcavüzün qurbanı idim. Birləşmiş Ştatlar hökuməti mənim başım üçün 15 milyon ABŞ dolları təklif etdi. Donald Tramp mənim qətlimi bəyəndi. Mən şişirtmirəm, onlar məni öldürmək üçün Venesuelaya snayperlər qrupunu göndərməyə və ya Venesuelada muzdlu snayperləri sifariş verməyə çalışırlar. Donald Tramp bu barədə qərar verib", - Venesuela prezidenti “Twitter”də canlı yayımda deyib.

Bu ilin yazında ABŞ-ın Ədliyyə Nazirliyi Maduronun və ölkənin 14 vəzifəli şəxsinin narkotik vasitələrin ticarətinə cəlb olunduqlarını iddia edərək onların ünvanına ittihamlar irəli sürüb. Dövlət Departamenti Maduroya görə 15 milyon ABŞ dollar mükafatı elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm