Trampdan "TikTok"la bağlı SON QƏRAR: ya bağlanacaq, ya da...
Bizi izləyin

ABŞ

Trampdan "TikTok"la bağlı SON QƏRAR: ya bağlanacaq, ya da...

ABŞ Prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” tətbiqinin alınması ilə bağlı qərarı təxirə salmaqdan imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Xəbərə görə, Tramp bildirib ki, 15 sentyabr məsələnin həlli üçün son tarixdir və heç bir təxirəsalınma olmayacaq. O, “TikTok”un ya bağlanacağı, ya da satılacağı ehtimallarını dilə gətirib.

Qeyd edək ki, Donald Tramp 6 avqustda “TikTok”un sahibi “ByteDance” və “WeChat”ın sahibi “Tencent” ilə hər hansı bir əməliyyatı qadağan edən iki fərman imzalamışdı. 23 avqustda “ByteDance”in Amerika prezidentinin administrasiyasını məhkəməyə verəcəyi məlum olmuşdu. Bu, Amerika hökumətinin tədbirlərinə cavab idi.

Hər iki layihə Çin şirkətləri tərəfindən hazırlanıb. Rəsmi Vaşinqton tətbiqlərin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatını təhdid etdiyinə inanır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm