ABŞ
Çindən ABŞ-la bağlı yeni qərar - Qarşıdakı 1 il ərzində...
Çin hökuməti bəzi ABŞ məhsullarının əlavə idxal rüsumlarının azad olunması vaxtını daha bir il uzadıb.
Bu barədə Çinin Maliyyə Nazirliyi məlumat yayıb. Əslində ABŞ-ın 16 adda məhsulunun əlavə idxal rüsumlarından azad olunması sentyabrın 16-da başa çatmalı idi. Avqustun sonunda iki ölkənin ticarət danışıqları üzrə nümayəndələrinin telefon danışığı zamanı tərəflər yanvarda imzalanmış ticarət sazişinin birinci fazasına sadiq olduqlarını bəyan ediblər. Sentyabrın əvvəlində isə ABŞ Çindən idxal olunan bəzi məhsulların əlavə rüsumlardan azad olunması müddətini daha bir il müddətinə uzadıb.
Qeyd edək ki, COVID-19 pandemiyası beynəlxalq ticarətə ciddi ziyan vurub. Pandemiya Çin ilə ABŞ arasında yanvarda Vaşinqtonda imzalanmış ticarət sazişinin birinci mərhələsinin icrasına da mənfi təsir göstərib. Çin hökumətinin cari il üçün iş planında çətinliklərə baxmayaraq, ABŞ-la ticarət razılaşmasının həyata keçiriləcəyi vurğulanıb.
Çin Baş Gömrük Administrasiyasının statistik məlumatına əsasən, ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsinin ümumi dəyəri 344 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azdır.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO