Trampı kim zəhərləmək istəyib? - TUTULDU
Bizi izləyin

ABŞ

Trampı kim zəhərləmək istəyib? - TUTULDU

ABŞ sərhədçiləri Birləşmiş Ştatların prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxsi yaxalayıblar.

Publika.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən NBC telekanalı bildirib.

Qeyd edilir ki, ölümlə nəticələnə biləcək zəhəri göndərən kişi Kanadadan ABŞ-a gəlmək istəyən zaman saxlanılıb.

Polis hələ cinayətkarın şəxsiyyətini açıqlamayıb. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.

Daha əvvəl şənbə günü – sentyabrın 19-da Ağ Evə, Donald Trampın ünvanına zəhərli bağlama göndərilib, ancaq bağlama yoxlama məntəqəsində zərərsizləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm