9-cu fırtına sahil zolağını keçdi - Şiddətli yağış gözlənilir
Bizi izləyin

ABŞ

9-cu fırtına sahil zolağını keçdi - Şiddətli yağış gözlənilir

“Beta” tropik fırtınası ABŞ-ın Texas ştatında hökm sürməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Port O'Connora 8 km məsafədə sahil zolağına çatan fırtına saatda 72 km sürətlə hərəkət edir.

Ölkədə bu il sahilə çatan 9-cu fırtına olan “Beta”nın nə qədər yağışa səbəb olacağını proqnozlaşdırmaq mümkün deyil.

Meteoroloqlar “Beta”nın “Harvey” və ya “İmelda” kimi effektinin gözlənilmədiyini bildirir.

Tropik fırtına səbəbilə Arkanzas və Missisipi ştatlarında daşqınların ola biləcəyi qeyd edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm