Nəhəng şirkətin minlərlə işçisi koronavirusa yoluxdu
Bizi izləyin

ABŞ

Nəhəng şirkətin minlərlə işçisi koronavirusa yoluxdu

ABŞ-ın “Amazon” şirkətinin 20 minə yaxın əməkdaşı koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, pandemiyanın yayıldığı mart ayından bəri 19 min 816 işçinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

ABŞ mediasının iddiasına görə, şirkətin 10-a yaxın əməkdaşı xəstəlik səbəbilə dünyasını dəyişib.

Qeyd edək ki, “Amazon”un ABŞ-da 1,3 milyon əməkdaşı var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm