Tramp bu tarixdə xəstəxanadan buraxılacaq
Bizi izləyin

ABŞ

Tramp bu tarixdə xəstəxanadan buraxılacaq

ABŞ Prezidenti Donald Trampın həkimlər komandasının nümayəndəsi Brayan Haribaldi dövlət başçısının xəstəxanadan mümkün buraxılma tarixini deyib.

Publika.az-ın məlumatına görə, Haribaldi Trampın vəziyyəti pis tərəfə dəyişmdiyi halda bazar ertəsi (oktyabrın 5-də) buraxıla biləcəyini söyləyib.

Bildirib ki o Ağ evə qayıdaraq müalicə kursunu davam etdirəcək.

Trampın həkimi Şon Konli isə qeyd edib ki, dövlət başçısı özünü yaxşı hiss edir və onun vəziyyəti yaxşılaşır. Trampın müalicə olunduğu Uolter Rid adına hərbi-tibbi mərkəzdə bildiriblər ki, oktyabrın 2-dən sonra onda yüksək hərarət müşahidə olunmayıb.

ABŞ lideri oktyabrın 2-də özünün və xanımı Melaniya Trampın koronavirus testlərinin pozitiv çıxdığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm