Tramp daha bir ölkədən ordusunu geri çəkir
Bizi izləyin

ABŞ

Tramp daha bir ölkədən ordusunu geri çəkir

ABŞ Prezidenti Donald Tramp daha bir ölkədən Pentaqon əsgərlərini geri çəkmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilib ki, D.Tramp Somalidəki ABŞ əsgərlərini geri çəkmək istəyir. Səlahiyyətli şəxslər geri çəkilmə üçün artıq planlaşdırma aparıldığını iddia edib.

Məsələ ilə bağlı Pentaqondan hələ ki, açıqlama verilməyib.

Qeyd edək ki, Tramp daha əvvəl Əfqanıstan və İraqdakı ABŞ ordusunun böyük hissəsini ölkəyə qaytaracağını bildirmişdi.

ABŞ Afrika Qüvvələri Komandanlığının (AFRICOM) hesabatına görə, Somalidə 800-ə yaxın ABŞ əsgəri var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm