Tramp SÖZ VERDİ: "Ağılsız müharibələrə qatılmayacağıq"
Bizi izləyin

ABŞ

Tramp SÖZ VERDİ: "Ağılsız müharibələrə qatılmayacağıq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək seçkilərdə yenidən seçiləcəyi təqdirdə, ölkənin xaricdəki “tamamilə ağılsız” müharibələrə qatılmayacağına və zor gücü ilə sülhə zəmanət verəcəyinə söz verib.

Publika.az xəbər verir ki, bu barədə Tramp Şimali Karolina ştatında keçirilən təbliğat kampaniyası zamanı deyib.

“Şəhərlərimizi təhdid edən terrorçulara zərbə vuracağıq və ABŞ-ın xaricdə qəribə, tamamilə ağılsız müharibələrdə iştirak etməsinə yol verməyəcəyik”, - deyə o qeyd edib.

ABŞ lideri bildirib ki, ölkə dünyanın ən güclü hərbi silahlarına malikdir: “Əgər bu silahlar olmasa, çox ciddi problemlərimiz olar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm