ABŞ
Trampın qəbul etdiyi dərmanla bağlı QƏRAR

ABŞ-da COVID-19 xəstəliyinin müalicəsi üçün ilk dəfə bir dərman preparatı təsdiqlənib.
Publika.az xəbər verir ki, ölkənin Ərzaq və Dərman İdarəsi Kaliforniyanın “Gilead Sciences Inc.” firmasının “Veklury” adlı dərmanının koronavirusun törətdiyi xəstəliyin müalicəsində effektiv olduğunu açıqlayıb.
Açıqlamada bildirilib ki, “'Veklury” koronavirus infeksiyası səbəbilə xəstəxanaya yerləşdirilən ən az 12 yaşında və 40 kq-dan çox çəkisi olan insanların müalicəsində istifadə oluna bilər və bu dərman sağalma prosesini 5 gün azaldır.
Dərman virusun orqanizmdə özünü çoxaltmaq üçün istifadə etdiyi bir maddəni məhv edir.
Qeyd edək ki, “Veklury”dən daha əvvəl yalnız təcili vəziyyətlərdə istifadə olunması üçün icazə verilmişdi.
Dərman bu günə qədər 50-yə qədər ölkədə təsdiqlənib.
ABŞ Prezidenti Donald Tramp da bu dərmandan istifadə edib.
Zümrüd

-
İdman16:20
İslamiada: Millimiz finalda!
-
Nida Təhlil 15:59
150 min ailəyə maliyə köməyi – Uşaqları məktəbə hazırlamaq üçün
-
Sosial15:48
Laçın, Zabux və Susa qayıdacaq ailələrin sayı dəqiqləşdirilir
-
Hadisə14:08
Xəzərdə batan şəxsin meyiti tapıldı - YENİLƏNDİ
-
Magazin113:40
Rafael İsgəndərovun rəqsi gündəm oldu - VİDEO
-
Ekologiya12:54
Sabah havanın hərarəti 41 dərəcəyə yüksələcək
-
Region12:32
Daha 2 yük gəmisi Ukraynadan İskəndəruna istiqamət aldı
-
Dünya11:31
Ağ Evin diplomatlarımıza qarşı hərəkətinə asimmetrik cavab olacaq – Rusiya XİN