Trampdan Qarabağ AÇIQLAMASI: uzun müddətdir ki...
Bizi izləyin

ABŞ

Trampdan Qarabağ AÇIQLAMASI: uzun müddətdir ki...

Azərbaycanla Ermənistan yaxşı yola gedə bilmirlər. Çox uzun müddətdir bu məsələ ilə məşğuldurlar.

Publika.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp ötən gecə Miçiqana səfərindən öncə Endryus hava limanında jurnalistlərə açıqlamasında deyib.

Jurnalistlərdən birinin “Ermənistan və Azərbaycan arasındakı atəşkəsin pozulması sizi məyus etdimi” sualına Tramp “Bəli, atəşkəsin pozulduğunu görmək məyusedicidir” sözləri ilə cavab verib.

O qeyd edib ki, münaqişə tərəfləri yenidən bir araya gələcək.

Qeyd edək ki, ABŞ-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə 26 oktyabr 08:00-dan etibarən humanitar atəşkəs qərarı qəbul edilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm