ABŞ-da naməlum şəxs polisləri güllələdi
Bizi izləyin

ABŞ

ABŞ-da naməlum şəxs polisləri güllələdi

ABŞ-ın Viskonsin əyalətinin cənubunda naməlum şəxs polis məmurlarına atəş açıb.

Publika.az xəbər verir ki, bu barədə “FOX6” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Delafild şəhərində baş verib. İki polis əməkdaşı yaralanıb.

Bildirilir ki, onlar avtomobil qəzası çağırışına gəliblər, ancaq atəşə tutulublar.

Hər iki zabit xəstəxanaya aparılıb. Onların həyati təhlükəsinin olmadığı bildirilir.

Silahlı şəxs hadisə yerindən qaçıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm