Trampın qərargahından açıqlama: "Tələsdi..."
Bizi izləyin

ABŞ

Trampın qərargahından açıqlama: "Tələsdi..."

"Co Bayden özünü yeni prezident elan etməkdə tələsib".

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın qərargahından bildiriblər.

"Hamımız bilirik ki, Co Bayden qalib kimi yalandan poza verməyə tələsir. KİV-dəki tərəfdaşlarının da niyə ona kömək etməyə çalışdığını bilirik: onlar istəmirlər ki, həqiqət açılsın", - Trampın yazılı bəyanatında deyilir.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ KİV-i Cozef Baydenin Amerikanın yeni prezidenti seçildiyi barədə məlumat yayıb. Sonra Bayden özü də bunu elan edib. Tramp isə nəticələrin məhkəmədə araşdırılacağına söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm