Ağ Ev Aparatının rəhbəri bəlli oldu
Bizi izləyin

ABŞ

Ağ Ev Aparatının rəhbəri bəlli oldu

ABŞ prezident seçkilərində qalib gələn demokratçı Co Bayden Ağ Evin aparatının rəhbəri postuna təyinat verib.

Publika.az bildirir ki, “Röyters” bu vəzifənin 59 yaşlı Ron Kleinə tapşırıldığını yazır.

Klein Barak Obama Administrasiyası dövründə ABŞ vitse-prezidentinin qərargah rəisi olub. Bu səbəbdən bu təyinat heç kim üçün sürpriz olmayıb. O, Donald Trampın koronavirus əleyhinə siyasətinin ən açıq tənqidçilərindən biri kimi tanınır.

Xatırladaq ki, hazırkı ABŞ Prezidenti Donald Tramp ölkədəki prezident seçkilərinin nəticələrinə meydan oxumaq üçün ABŞ-ın bir sıra əyalətlərində məhkəməyə müraciət edib.

ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi 20 yanvarda baş tutacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm