Pompeo Çavuşoğlunun dəvətini qəbul etmədi
Bizi izləyin

ABŞ

Pompeo Çavuşoğlunun dəvətini qəbul etmədi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonu Ankaraya dəvət edib.

Publika.az xəbər verir ki, növbəti günlərdə böyük dünya səfərinə çıxacaq Pompeo bu təklifi qəbul etməyib.

"Blumberq"in türk mənbələrinə istinadən yaydığı xəbərə görə, Pompeo Çavuşoğlunu İstanbula çağırıb. Türk nazir isə bu təklifdən çox narahat olub.

Qeyd edək ki, M.Pompeo Fransa, Türkiyə, Gürcüstan, İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb.

Pompeonun Türkiyə səfərinin detalları aydınlaşdırıldıqdan sonra məlum olub ki, o, İstanbula rəsmi səfərə gəlmir, Yunan Ortodoks patriarxı I Bartolomeylə görüşmək üçün gəlir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm