Bayden gələcək nazirləri TƏQDİM ETDİ - ADLAR
Bizi izləyin

ABŞ

Bayden gələcək nazirləri TƏQDİM ETDİ - ADLAR

İlkin nəticələrə görə ABŞ prezidenti seçilən Cozef Bayden kabinetində təmsil olunacaq komandasını təqdim edib.

Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, Bayden və nazirlik kürsülərinə namizədlər Delaver ştatındakı Vilminqton şəhərində bir səhnədə dayanıblar.

Öncədən planlaşdırıldığı kimi, Bayden Dövlət katibi qismində Toni Blinkeni, BMT yanında daimi nümayəndə qismində Linda Tomas-Qrinfildi, Milli təhlükəsizlik müşaviri qismində Ceyk Sallivanı, Daxili Təhlükəsizlik naziri qismində Alexandro Mayoraksı, iqlim üzrə cavabdeh qismində isə keçmiş dövlət katibi Con Kerrini təqdim edib.

Bayden həmçinin əmin edib ki, ABŞ yenidən dünyada liderlik edəcək, rəqiblərinə sinə gərəcək, müttəfiqlərini isə rədd etməyəcək.

“Mənim komandam Amerikanın qayıdışını əks etdirir: ölkə yenə dünyada lider olacaq, yenidən masanın yuxarı başında əyləşəcək, rəqiblərimizə qarşı mübarizə aparacaq, müttəfiqlərimizi də rədd etməyəcək”, - namizədləri təqdim edərkən Bayden söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm