ABŞ
Çin prezidenti Baydeni TƏBRİK ETDİ
Çin Xalq Respublikasının dövlət başçısı Si Cinpin qeyri-rəsmi nəticələrə əsasən ABŞ prezident seçkilərində qalib gələn Co Baydeni təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Xəbərə görə, S.Cinpin C.Baydenə göndərdiyi yazılı mesajda iki ölkə arasında sağlam və sabit münasibətlərin qurulmasını təmənna edib.
“Yaxşı münasibətlər həm iki ölkə xalqlarının əsas maraqları, həm də beynəlxalq toplumun əsas gözləntisidir. Ümid edirəm ki, hər iki tərəf qütbləşmə və münaqişədən çəkinəcək, qarşılıqlı hörmət və “qazan-qazan” ruhuna uyğun əməkdaşlığa fokuslanacaq”, - dövlət başçısı qeyd edib.
Si Cinpinin müavini Vanq Çişan da Baydenin köməkçisi Kamala Harrisə təbrik mesajı ünvanlayıb.
Qeyd edək ki, ABŞ-da 3 noyabrda keçirilən prezident seçkilərində üstünlük əldə edən Co Baydenin 20 yanvar 2021-ci ildə inaqurasiya mərasiminin keçirilməsi planlaşdırılır.
Zümrüd
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!