Trampın vəkili koronavirusa yoluxdu
Bizi izləyin

ABŞ

Trampın vəkili koronavirusa yoluxdu

ABŞ-ın Prezidenti Donald Trampın vəkili Rudolf Julianinin koronavirus testinin cavabı müsbət olub.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Twitter"ində yazıb.

Siyasətçi qeyd edib ki, Nyu-Yorkun bələdiyyə başçısı olmuş Juliani "ABŞ tarixindəki ən korrupsiyalaşmış seçkilərini ifşa etmək" üçün çalışdıb.

Prezident həmçinin koronavirus infeksiyasını "Çindən gələn virus" adlandırıb.

Tramp Julianiyə tez zamanda sağalmağı arzulayıb və respublikaçıların ABŞ-dakı prezident seçkilərindən sonra məhkəmə çəkişmələrini davam etdirəcəklərini əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm