ŞOK: ABŞ S-400-ləri yox etmək üçün gizlicə hərəkətə keçib
Bizi izləyin

ABŞ

ŞOK: ABŞ S-400-ləri yox etmək üçün gizlicə hərəkətə keçib

ABŞ Rusiya istehsalı S-400 hava hücumundan müdafiə komplekslərini yox etmək üçün gizlicə hərəkətə keçib.

Publika.az xəbər verir ki, ABŞ əsgərlərinin “Zümrüd Bayraq” adı altında Rusiya istehsalı silahlarını zərərsizləşdirmək üçün tədris keçdiyi və təlimlərə qatıldığı üzə çıxıb.

“Al-Masdar News”un xəbərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinin düşmən hədəfləri olaraq simulyasiya edilən sualtılara Rusiyanın S-400 və Su-34 döyüşçülərini göstərən rəsmləri əlavə edilib.

Sayt ABŞ ordusunun təlimlər zamanı Rusiyaya məxsus T-72 tanklarının surətlərindən istifadə olunduğunu iddia edib.

ABŞ-ın manevrləri haqqında şərh verən Rusiyanın hərbi mütəxəssisi Konstantin Sivkov təlimlərin real döyüşlərdən çox fərqli olduğunu, S-400 sistemlərinin və Su-34 savaşçılarının ən yaxşı təchizata sahib olduqlarını qeyd edib.

Təlimlər zamanı Rusiya təchizatlarından istifadə ABŞ-ın bu ölkəyə qarşı döyüşə hazırlaşdığının sübutu kimi şərh edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm