100 milyon amerikalı peyvənd olunacaq
Bizi izləyin

ABŞ

100 milyon amerikalı peyvənd olunacaq

Bu ilin dekabr ayının sonuna kimi 20 milyon amerikalı koronavirus əleyhinə peyvənd oluna biləcək. Onların sayı növbəti ilin fevral ayının sonuna qədər 100 milyona çatacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ səhiyyə və sosial xidmətlər naziri Aleks Azar CBS televiziyasına verdiyi müsahibəsində deyib. O, yanvar ayının sonuna kimi peyvənd olunanların sayının 50 milyona çatacağını bildirib.

Azar ştat rəhbərliklərinin peyvəndləməyə nəzarət edəcəklərini qeyd edib. Nazirin sözlərinə görə, ölkənin 2,9 milyon sakini növbəti həftənin sonuna qədər peyvənd olunacaq. Bundan əlavə, ABŞ-dakı qocalar evlərinin demək olar ki, 100% -i ayın sonuna kimi vaksinlə təmin olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm