Koronavirus Baydenin bu planını alt-üst etdi
Bizi izləyin

ABŞ

Koronavirus Baydenin bu planını alt-üst etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasiminin təşkilat komitəsi amerikalıları məhdud miqyasda keçiriləcək inauqrasiya mərasimində iştirak üçün Vaşinqtona getməkdən çəkinməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, mərasimin keçiriləcəyi yer son dərəcə məhdud olacaq və bu səbəbdən insanlar inauqrasiyanı evdən izləsinlər.

Qeyd edək ki, ABŞ-da səsverməsinin nəticəsi yanvarın 6-sı təsdiqlənəcək. Baydenin andiçmə mərasimi konstitusiyaya uyğun olaraq yanvarın 20-də baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm