FED dollarla bağlı QƏRAR VERDİ
Bizi izləyin

ABŞ

FED dollarla bağlı QƏRAR VERDİ

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) dekabr iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.

Qeyd edək ki, qərar əksər analitiklərin proqnozları ilə üst-üstə düşür.

Xatırladaq ki, FED uçot dərəcəsini noyabrın 5-də də 0-0,25 faiz səviyyəsində saxlamışdı. Qeyd olunurdu ki, əmək bazarı şərtləri məşğulluğun maksimum qiymətləndirilməsinə uyğun səviyyələrə çatana qədər və inflyasiya artımı 2 faiz olana kimi komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% səviyyəsində saxlamaq niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm