ABŞ bunları əldə etmək üçün Türkiyəyə sanksiya tətbiq etdi - Kuper
Bizi izləyin

ABŞ

ABŞ bunları əldə etmək üçün Türkiyəyə sanksiya tətbiq etdi - Kuper

CAATSA sanksiyaları Türkiyə ilə ABŞ arasında uzlaşmanı təmin edəcək.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi və hərbi işlər üzrə köməkçisi Klark Kuper deyib.

O, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar məsələsində alternativləri olmadığını dilə gətirib: “Sanksiyalar ABŞ-Türkiyə münasibətlərində yeni kompromis və gediləcək yolları müəyyənləşdirmək üçün imkan verəcək. Ölkələr müttəfiqdir. Birlikdə olmaq Türkiyənin, ABŞ-ın və NATO-nun maraqlarına uyğundur və bu sahədə kompromis axtarmaq ən yaxşı yoldur. ABŞ Türkiyə ilə yaxın münasibətlərini davam etdirmək istəyir”.

Qeyd edək ki, Rusiyadan S-400 kompleksləri tədarük etdiyi üçün Türkiyə ABŞ-ın düşmənləri ilə sanksiyalar yolu ilə mübarizə aparmaq qanunu çərçivəsində embarqoya məruz qalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm