ABŞ Səudiyyə Ərəbistanına ŞOK miqdarda silah satdı
Bizi izləyin

ABŞ

ABŞ Səudiyyə Ərəbistanına ŞOK miqdarda silah satdı

ABŞ Səudiyyə Ərəbistanına 478 milyon dollar dəyərində qanadlı raket satıb.

Publika.az xəbər verir ki, bu barədə “Blumberq”in məlumatında deyilir.

Məqalədə qeyd olunur ki, Dövlət Departamenti havadan-quruya idarə olunan raket sursatının Səudiyyə Ərəbistanına “Birbaşa Xüsusi Satış” vasitəsilə ixrac edilməsinin yolunu açıb. Əlavə olaraq, 7 min 500 ədəd raketin ixrac lisenziyasına icazə verilməsi Konqresə bildirilib.

Xəbərdə sözügedən ixrac lisenziyasının “Raytheon”a verildiyi və Səudiyyə Ərəbistanına satışına icazə verilən sursatın lazerli, daxili naviqasiyalı xüsusiyyəti olan “Paveway IV” ağıllı raketləri olduğu bilgisinə yer verilib.

Qeyd edək ki, ötən ay Konqresin hər 2 qanadına Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə F-35 və digər müasir texnologiyaların satılması üçün qanun layihələri təklif olunmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm