Həbsxanada ATIŞMA: Ölən və yaralanan var
Bizi izləyin

ABŞ

Həbsxanada ATIŞMA: Ölən və yaralanan var

ABŞ-ın Corciya ştatının ərazisində yerləşən həbsxananın ərazisində baş verən atışma nəticəsində bir nəfər öldürülüb, bir nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı xəbər verib.

Xəbərdə qeyd olunur ki, cəzaçəkmə müəssisəsinin iki əməkdaşı həbsxananın ətrafında iki naməlum şəxsin məhbuslara qeyri-qanuni yolla naməlum bağlama ötürmək istədiyini müşahidə edib.

Bu zaman onların arasında atışma olub. Nəticədə cəzaçəkmə müəssisəsinin bir əməkdaşı yaralanıb, cinayətkarlardan biri məhv edilib.

Hüquq-mühafizə orqanları silahlı insidentlə bağlı araşdırmalara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm