Ölkəsindən Trampa 3 ZƏRBƏ: 24 saat ərzində... (YENİLƏNDİ)
Bizi izləyin

ABŞ

Ölkəsindən Trampa 3 ZƏRBƏ: 24 saat ərzində... (YENİLƏNDİ)

“Feysbuk” və “İnstaqram” sosial platformaları ABŞ Prezidenti Donald Trampın səhifələrini bloklayıb.

Publika.az xəbər verir ki, prezidentin səhifələrinin istifadəsinə 24 saatlıq əngəl qoyulub.

Şirkətlərdən verilən açıqlamada qərarın Trampın tərəfdarlarının Konqresi işğal etməsinə dair paylaşdığı postlar səbəbilə verildiyi bildirilib.

Prezidentin sosial mediada 2 qaydanı pozduğu aşkarlanıb.

Qeyd edək ki, Donald Trampın seçkinin nəticələrini tanımayaraq paytaxt Vaşinqtonda təşkil etdiyi mitinqdən sonra tərəfdarları iclasın keçirildiyi Konqresi işğal etmişdi.

*****

08:24

"Twitter" ABŞ Prezidenti Donald Trampın hesabını bloklayıb.

Publika.az xəbər verir ki, bu barədə sosial media nəhəngi məlumat yayıb.

Qeyd edilir ki, Vaşinqtonda yaşanan görünməmiş və davam edən şiddətdən sonra izləyicilər Trampın paylaşdığı 3 postun qaydaların pozulması səbəbi ilə silinməsini tələb edib.

"Donald Trampın hesabı 12 saat müddətinə bloklanıb. Pozuntular davam edərsə hesab silinəcək", - məlumatda deyilir.

Hüseyn, Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm