Bayden: "Konqresə hücum edənlər daxildəki terrorçular idi"
Bizi izləyin

ABŞ

Bayden: "Konqresə hücum edənlər daxildəki terrorçular idi"

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ötən gün Vaşinqtonda baş verən hadisələrə və Konqresin etirazçılar tərəfindən ələ keçirilməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, "HaberGlobal"ın məlumatına görə, Co Bayden baş verənləri xaos kimi qiymətləndirib.

“Mən orada olanlara etirazçı deyə bilmərəm, onlarlar yaraqlılar, daxildəki terrorçular idi. Baş verənlər Donald Trampın demokratiyaya qarşı amansız hücumlarının nəticəsi idi”.

Baydenin sözlərinə görə, D. Tramp azad mətbuata hücümlar edib, jurnalistləri vətən xaini adlandırıb.

“O, dünyadakı avtoritarların və diktatorların istifadə etdiyi leksikondan istifadə edirdi”, deyə ABŞ-ın yeni seçilmiş Prezidenti vurğulayıb.

C.Bayden əlavə edib ki, Prezident qanundan yuxarı ola bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm