ABŞ
ABŞ-da türk qadın yüksək vəzifəyə gətirilir
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin administrasiyasında türk də işləyəcək.
Publika.az xəbər verir ki, maliyyə naziri təyin ediləcəyi gözlənilən Canet Yellenin aparatının rəhbəri türk əsilli Didəm Nişancı olacaq.
“Blumberq” məsələyə dair məlumatı olan mənbələrə istinadən bildirib ki, “Blumberq LP”də ictimai siyasət bölməsində idarəçi olan Nişancıya təklif gedib və o, bunu müsbət qəbul edib.
D.Nişancı nazirliyin təsdiqləyəcəyi təqdirdə, Yellenə ən yaxın şəxslərdən biri olacaq.
Qeyd edək ki, Didəm Nişancı daha əvvəl sabiq prezident Barak Obama dövründə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasında aparat rəhbəri işləyib, 2018-ci ildə “Blumberq”ə keçməzdən əvvəl “Promontory Financial Group” şirkətində çalışıb. ABŞ Senatının bankçılıq komitəsində də işləyən Nişancı 1998-2001-ci illərdə Maliyyə Nazirliyinin kadrına daxil olub.
Xatırladaq ki, C.Bayden ötən ilin noyabr ayında ABŞ Mərkəzi Bankının (FED) keçmiş sədri Canet Yelleni maliyyə naziri təyin edəcəyini açıqlamışdı. Yellen ABŞ Senatında təsdiqlənərsə, ölkə tarixində bu vəzifəyə gələn ilk qadın olacaq.
Zümrüd
-
Magazin122:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin122:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə