Azərbaycanın döyüş taktikası Qərb ölkələrini HƏRƏKƏTƏ KEÇİRDİ - ABŞ nəşri DETALLARI AÇDI
Bizi izləyin

ABŞ

Azərbaycanın döyüş taktikası Qərb ölkələrini HƏRƏKƏTƏ KEÇİRDİ - ABŞ nəşri DETALLARI AÇDI

Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın pilotsuz uçuş aparatlarından uğurla istifadə etməsi bütün dünyanın hərbi rəhbərliklərinin diqqətini cəlb edib və daha az istismarda olan ucuz, həmçinin sadə PUA-lara keçidi sürətləndirib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Tayms” məqalə dərc edib.

Məqalədə bildirilir ki, münaqişədən sonra Qərb dövlətləri, xüsusilə də Böyük Britaniya pilotsuz uçuş aparatlarından istifadə strategiyalarının tezliklə dəyişəcəyini bəyan ediblər.

“Dağlıq Qarabağ münaqişəsində rolu olan "Bayraqdar TB2" PUA-ları düşmənin hədəfə alınması və məhv edilməsi baxımından özünü doğruldub. İdentifikasiya məlumatlarının təqdim edilməsindən başqa, TB2 həmçinin hədəflərin müstəqil şəkildə məhv edilməsi üçün mikroistiqamətləndirmə edən “ağıllı" sursatlarla təchiz olunub.

Azərbaycan TB2-də quraşdırılan yüksək keyfiyyətli kameralardan da səmərəli istifadə edib", - materialda qeyd olunub.

Nəşrin yazdığına görə, hərbi ekspertlər belə qənaətə gəliblər ki, pilotsuz uçuş aparatları oyun qaydalarını dəyişib və Ermənistana seçim qoymayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm