ABŞ
Türkiyənin öz peyvəndi olacaq - SINAQLAR BAŞLAYIR
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) dəstəyi ilə Türkiyənin COVİD-19-a qarşı ilk mRNT peyvənd üzrə işlər davam etdirilir.
Publika.az "Milliyet"-ə istinadla xəbər verir ki, bunu Səlçuk Universitetinin Tibb fakültəsinin doktoru Nadir Koçak bildirib.
O, qeyd edib ki, bu ilin aprelindən yerli peyvəndin sınaqlarına başlanılacaq: "Yay fəsli bitmədən yerli mRNT peyvəndinin bazar çıxarılması üçün bütün gücümüzlə işləməyə davam edirik".
Nadir Koçak vurğulayıb ki, Türkiyədə tək mRNA peyvəndi əvəzinə 3 fərqli mRNT peyvəndi növü üzərində iş aparılır: "Bunun sayəsində ən effektli peyvəndi müəyyənləşdirərək aprel ayından etibarən insanlar üzərində sınaqlara başlayacağıq. Bu an mRNT peyvəndlərindən ilkinin heyvanlar üzərində sınaqlarını tamamladıq. Digər iki peyvəndin də insanlar üzərində sınaqlarına başlamaq niyyətindəyik. Bu sınaqlardan əldə edəcəyimiz nəticələr ən gec yanvar ayının şounda ortaya çıxacaq".
Türkiyəli doktor qeyd edib ki, hazırlanan peyvənd üçün soyuq zəncirə ehtiyac qalmayacaq: "6 aya qədər otaq istiliyində qala biləcək bir molekula işləyirik".
mRNT canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT'dən alaraq ribosoma daşıyan RNT növüdür. mRNT RNT polimeraza fermenti tərəfindən istehsal olunur. Hər zülal üçün fərqliı mRNT molekulları işlədilir. DNT'dəki koda görə yaradılan olunan mRNT üzərində daşınan üçlü nukleotid qurupuna kodon deyilir. Hər kodon bir amin turşusu kodlayır. mRNT üzərində ən çox 64 növ kodon yerləşir. Bir mRNT təkrar-təkrar istifadə oluna bilir və ömrünü bitirdikdən sonra sonra parçalanır. mRNT, hüceyrədə ən az miqdarda olan RNT növüdür. Hüceyrədəki RNT'lərın təxmini olaraq 5% təşkil edir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 milyonu keçib, 2 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO