ABŞ tarixində ilk - Senat Lloyd Ostini Pentaqon rəhbəri kimi təsdiqlədi
Bizi izləyin

ABŞ

ABŞ tarixində ilk - Senat Lloyd Ostini Pentaqon rəhbəri kimi təsdiqlədi

ABŞ Senatı istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Publika.az xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş, 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin edilmiş L.Ostin 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

Qeyd edək ki, ABŞ-da yalnız 8 ildən artıq müddət öncə ordu sıralarını tərk etmiş şəxslər müdafiə naziri ola bilər. Ostin isə, 4 il əvvəl ordunu tərk etdiyinə görə, Senatda onun təsdiqlənməsi üçün əlavə ssəvermə keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm