ABŞ
"Simpsonlar" Harrisin seçiləcəyini öncədən görüb
Məşhur “Simpsonlar” cizgi serialının həvəskarları burada öncəgörmələr tapmaqda davam edirlər. Bu dəfə onlar 16 il öncə ekranlara çıxmış serialda ABŞ-ın yeni vitse-prezidenti Kamalla Harrisin obrazını aşkar ediblər.
Publika.az “EADaily” portalına istinadla xəbər verir ki, ölkə tarixinin ilk qadın vitse-prezidentinin andiçmə mərasimindəki geyimi cizgi filminin epizodlarının birində Liza Simpsonun geyimi ilə üst-üstə düşür. Onların hər ikisi bənövşəyi kostyumdadırlar və boyunlarında ağ mirvariyə bənzər boyunbağı var.
“Gələcəkdən nişanə” sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Serialın sözügedən epizoduna görə, Harrisin oxşarı Liza sonradan ölkə prezidenti olur. Odur ki, hələ bir qədər də gözləmək lazımdır ki, cizgi filminin öncəgörmələri tam olaraq reallaşsın. Kim bilir, bəlkə də elə belə olacaq?
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar