Bayden transgenderlərlə bağlı qərar verdi
Bizi izləyin

ABŞ

Bayden transgenderlərlə bağlı qərar verdi

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezidentin bu gün imzaladığı sərəncama əsasən, ABŞ Silahlı Qüvvələrində xidmət üçün uyğun olan hər bir amerikalı bunu edə biləcək. Co Bayden inanır ki, cinsiyyət hərbi xidmətə mane olmamalıdır”-deyə, məlumatda qeyd olunub.

Xatırladaq ki, Ağ Evə gəldikdən qısa müddət sonra keçmiş prezident Donald Tramp transgenderlərin ABŞ ordusunda hər hansı bir vəzifəyə sahib olmasına qarşı olduğunu bəyan etmişdi. 2019-cu ildə ABŞ Müdafiə Nazirliyi transgenderlərin əksəriyyətinin ABŞ ordusunda xidmət etməsini qadağan edən direktiv imzaladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm