ABŞ bu ölkələrə silah satışını dayandırdı
Bizi izləyin

ABŞ

ABŞ bu ölkələrə silah satışını dayandırdı

ABŞ Prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışını müvəqqəti olaraq dayandırıb.

Publika.az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumatda yeni hökumətin, keçmiş prezident Donald Trampın dövründə təsdiqlənmiş yüksək dəqiqlikli silahların, o cümlədən F-35 qırıcılarının ərəb ölkələrinə satışı barədə qərarı yenidən gözdən keçirəcəyi bildirilir.

"Dövlət Departamenti, yeni rəhbərliyə satışları nəzərdən keçirmək fürsəti vermək üçün xaricdəki hərbi satışları və birbaşa ticari satışlar yolu ilə bəzi yarımçıq hərbi göndərmələri müvəqqəti olaraq dayandırır", - deyə “RİA Novosti” Dövlət Departamenti nümayəndəsinin bəyanatından sitat gətirib.

Bununla belə, Dövlət Departamentinin nümayəndəsi konkret hansı razılaşmaların yerinə yetirilməsinin dayandırıldığını dəqiqləşdirməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm