ABŞ məğlubiyyətə hazır olmalıdır - Amerikalı mütəxəssis
Bizi izləyin

ABŞ

ABŞ məğlubiyyətə hazır olmalıdır - Amerikalı mütəxəssis

ABŞ Rusiya ilə müharibədə məğlubiyyətə hazır olmalıdır.

Publika.az xəbər verir ki, bunu Hudson İnstitutunun baş elmi işçisi, hərbi ekspert Brayn Klark “Forbes”də dərc olunan məqaləsində bildirib.

Mütəxəssis bunun səbəbini Vaşinqtonun səhv hərbi strategiyasında görür: “ABŞ ən pis ssenariyə hazırlaşmalıdır. Müharibə baş verəcəyi təqdirdə, Rusiya və Çin kimi ölkələr hərbi silahlanmaya və müdafiə qabiliyyətinin gücləndirilməsinə diqqət ayıracaqlar. Bu səbəbdən ABŞ-ın adaptasiya və dayanıqlıq kimi ənənəvi müharibə prinsipləri arxa plana keçəcək. Mövcud ABŞ qüvvələri nizamsızlıqla müharibə etməyə hazır deyil. ABŞ-da üstünlük yaxşı silahlanmış və ağır müdafiə olunmuş gəmilərə, təyyarələrə və hərbi birləşmələrə verilir, lakin yüksək qiymətə görə bu qüvvələr çox sayda deyil”.

Bu baxımdan mütəxəssis Pentaqonu məlumat axtarışı və qərar qəbuletmənin ön planda olduğu ssenarilərə üstünlük verməyə çağırıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm