ABŞ hərbçiləri antifriz içib zəhərləndilər
Bizi izləyin

ABŞ

ABŞ hərbçiləri antifriz içib zəhərləndilər

ABŞ-ın Texas ştatının Fort Bliss şəhərində 11-ci Hava Müdafiə Topçu Briqadasının 11 hərbçisi antifrizdən zəhərlənib.

Publika.az “Sputnik”ə istinadən xəbər verir ki, hərbçilər sözügedən maddəni alkoqolla səhv salıblar.

“CBS News”a görə, hadisə yanvarın 28-də 10 günlük səhra təlimi başa çatdıqdan sonra baş verib.

Polkovnik-leytenant Allie Paynenin sözlərinə görə, hərbçilərin hamısı “William Beaumont” Ordu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrində səhra təlimləri zamanı spirtli içki qəbul etmək qadağandır. Ordu Komandanlığı hadisənin araşdırılması ilə bağlı göstəriş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm