ABŞ İrana yeni saziş təklif etdi
Bizi izləyin

ABŞ

ABŞ İrana yeni saziş təklif etdi

ABŞ Senatı İranla bağlana biləcək yeni sazişlə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, ABŞ Senatının üzvü Cim İnhof Bayden hökumətinin nüvə sazişinə geri dönə bilməyəcəyinə, ABŞ Konqresinin buna icazə verməyəcəyinə diqqət çəkib. Yeni sazişin bağlana biləcəyini vurğulayan İnhof 4 maddəlik şərtin təmin edilməli olduğunu söyləyib.

Maddələr arasında terrorizmə dəstək, ballistik raketlər kimi məsələlərlə yanaşı, İranın nüvə obyektlərinin qeyd-şərtsiz yoxlanışa açıq olması kimi şərtlər yer alıb.

Vaşinqton rəhbərliyi, həmçinin sazişin müvəqqəti yox, daimi olmasını istəyir. İsraillə müttəfiq olan ərəb ölkələrindən də sazişin təsdiqlənməsi istənilir.

İran hələ ABŞ-ın yeni təklifinə cavab verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm