Hakerlər 15 min insanı bu yolla zəhərləməyə cəhd göstərdi - ŞOK HÜCUM
Bizi izləyin

ABŞ

Hakerlər 15 min insanı bu yolla zəhərləməyə cəhd göstərdi - ŞOK HÜCUM

ABŞ-ın Florida ştatının Oldsmar şəhərinin su təchizatı sistemi hakerlərin hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, hakerlər 15 min nəfər əhalisi olan şəhərin suyunda qələvi səviyyəsini artırıb.

Belə ki, müəssisənin işçisi kiminsə kompüterə daxil olduğunu görüb. Bundan sonra kanalizasiya təmizləyicisinin əsas komponenti olan natrium hidroksidin tərkibi 100 ppm-dən 11,100 ppm-ə dəyişib. Təhlükəli dozada olan kimyəvi maddə sakinlərin evinə çatsa, 24-36 saat ərzində ciddi zəhərlənmələr yarada bilərdi.

Şəhərin şerifi Bob Kaltyeri ciddi zərər olmadan hücumun dayandırıldığını açıqlayıb.

Florida senatoru Marko Rubio Tvitter səhifəsində su təchizatında zəhərlənmə cəhdinin "milli təhlükəsizlik məsələsi" olaraq qiymətləndirilməli olduğunu yazıb.

Şəhər suyunu çirkləndirə biləcək çirkab sutəmizləyici qurğulara bu cür kiberhücumların riskləri uzun müddət kibertəhlükəsizlik mütəxəssislərini narahat edir. Məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatları daxilində su qurğularının, habelə bəndlərin, neft və qaz boru kəmərlərinin operatorları sürətlə rəqəmsal sistemlərə keçirlər: bu, mühəndis və podratçılara uzaq iş yerlərindən müxtəlif kimyəvi maddələrin temperaturunu, təzyiqini və səviyyələrini izləməyə imkan verir. Lakin mütəxəssislər hakerlərin uzaqdan giriş əldə edə biləcəyi barədə xəbərdarlıq edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm