ABŞ Myanmaya sanksiya tətbiq etdi
Bizi izləyin

ABŞ

ABŞ Myanmaya sanksiya tətbiq etdi

ABŞ hökuməti bu yaxınlarda hərbi çevriliş həyata keçirilmiş Myanmaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Publika.az xəbər verir ki, prezident Cozef Bayden tərəfindən imzalanmış icra sərəncamına əsasən, Myanmanın demokratik yolla seçilmiş hökuməti fevralın 1-də hərbi çevrilişlə devrilməsi və sonrakı günlər ölkədə siyasi təzyiqlərin artması nəzərə alınmaqla ABŞ ərazisində həmin ölkəyə məxsus hər cür mülkiyyətlər dondurulur.

“Myanmadakı mövcud vəziyyət... demokratik keçid və hüququn aliliyinə xələl gətirməklə ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhdid təşkil edir”, - sənəddə vurğulanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm