ABŞ Senatı Trampa bəraət verdi
Bizi izləyin

ABŞ

ABŞ Senatı Trampa bəraət verdi

ABŞ Senatı ölkənin sabiq Prezidenti Donald Trampın impiçmenti üzrə dinləmələr keçirib.

Publika.az xarici KİV-ə istinadən bildirir ki, müzakirələrdən sonra keçirilən impiçment üzrə yekun səsvermənin nəticəsinə görə Donald Tramp bəraət alıb. D. Trampın impiçmenti üçün 100 senatorun 67-nin səsi lazım idi, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə bunun əleyhinə səs verib.

Qeyd edək ki, Donald Tramp qiyama təhrikdə ittiham edilirdi. Belə ki, yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olmuşdular.

Görünməmiş haldır ki, ölkə tarixində ilk dəfə eyni prezident iki dəfə hakimiyyətdən kənarlaşdırılma proseduruna məruz qaldı, üstəlik artıq hakimiyyətdə olmayanda... Demokratlar Trampı vəzifəsindən uzaqlaşdırmaq üçün ilk cəhdlərini 2019-cu ildə etmişdilər. Daha sonra Aşağı Palata da ittihamları təsdiqlədi, lakin Respublikaçıların çoxluq təşkil etdiyi Senat 2020-ci ilin əvvəlində dövlət başçısına bəraət verdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm