ABŞ-da dəhşət: 21 nəfər öldü, milyonlarla insan köməksizdir
Bizi izləyin

ABŞ

ABŞ-da dəhşət: 21 nəfər öldü, milyonlarla insan köməksizdir

ABŞ-ın 4 ştatında kəskin hava şəraiti 21 nəfərin ölümünə səbəb olub.

Publika.az xəbər verir ki, Texas ştatında havanın temperaturu rekord səviyyədə aşağı enib – mənfi 18 dərəcə.

Ştatın milyonlarla sakini elektriksiz qalıb.

Kanada sərhədindən Meksikaya qədər ölkənin mərkəzi və cənub hissələrində 170 milyon insan qar, buz, yağış və dondurucu soyuğun təsirində qalıb. Ölümlər Texas, Luiziana, Kentuki və Missuri ştatında qeydə alınıb.

​Hava şəraitinin həftənin sonuna qədər düzəlməsi gözlənilmir.

Prezident Cozef Bayden pis vəziyyətdə olan ştatlara federal yardıma hazır olduqlarını açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm