ABŞ 43 Belarus vətəndaşını “qara siyahı”ya saldı
Bizi izləyin

ABŞ

ABŞ 43 Belarus vətəndaşını “qara siyahı”ya saldı

Amerika rəhbərliyi yenidən Belarus vətəndaşlarına qarşı sanksiya tətbiq edilməsi barədə qərar verib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blenkinin yayımladığı yazılı açıqlamada bildirilir.

Bu dəfə “qara siyahı”ya 43 nəfərin adı daxil edilib. Onlar Belarusda demokratiyanı pozmaqda ittiham edilirlər.

Adları sanksiya siyahısına düşənlərin arasında ədliyyə sisteminin yüksək rütbəli məmurları, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə dinc nümayişçiləri saxlayan və onlarla pis rəftar edən adi işçilər də var. Bundan sonra onların ABŞ-a daxil olması qadağan edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm