Sallivan: "ABŞ-ın buna səlahiyyəti çatmır"
Bizi izləyin

ABŞ

Sallivan: "ABŞ-ın buna səlahiyyəti çatmır"

ABŞ administrasiyasının koronavirusun mənşəyi barədə nəticələr çıxarmağa səlahiyyəti yoxdur və bunu etmək üçün ÜST-ü əlindən gələni əsirgəməməyə çağırır.

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

"COVID-19-un dünyada necə peyda olduğu barədə danışmağa mənim haqqım yoxdur. Mənim haqqım ancaq ona çatır ki, ÜST-ü mümkün olduğu qədər öz işini tam həcmdə görməyə dəvət edim... COVID-19-un məhz harada əmələ gəldiyi barədə nəticələr çıxara biləcək mövqedə deyiləm, heç Baydenin administrasiyası da o mövqedə deyil", - Sallivan CBS-in efirində deyib.

Onun sözlərinə görə, bunun bir səbəbi də koronavirusun mənşəyi məsələsində Çin hökumətinin kifayət qədər şəffaf olmamasıdır.

Qeyd edək ki, ABŞ-ın bundan öncəki hakimiyyəti, xüsusilə sabiq prezidenti Donald Tramp və köməkçiləri, eləcə də sabiq dövlət katibi Mayk Pompeo koronavirusun laboratoriyada, özü də Çində yaradıldığını bəyan edirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm