ABŞ
ABŞ Hərbi Hava Qüvvələri “Sibirə qədər çatan” 400 stels-raket alır
ABŞ Hərbi Hava Qüvvələri 400 ədəd AGM-158B Joint Air-to-Surface Standoff Missile-Extended Range (JASSM-ER) stels-raketinin alınmasına dair müqavilə bağlayıb.
Bu müqavilə haqda “Janes” nəşri yazır. Müqavilə Amerikanın “Lockheed Martin” şirkəti ilə imzalanıb və ümumi dəyəri 428 milyon dollardır. Müqavilənin şərtlərinə əsasən raketlər 2025-ci ilə qədər təhvil veriləcək.
Ötən il “Defence Espress” informasiya-konsaltinq agentliyi yazırdı ki, B-52 “Stratofortress” strateji bombardmançısından buraxılan AGM-158B JASSM-ER raketləri bu təyyarələrin S-400 “Triumf” zenit-raket komplekslərinin məsuliyyət zonasına daxil olmadan “Sibirə qədər” gedib çata bilər. Onların mənzili 980 kilometrdir və kifayət edir ki, Rusiyanın Arktika hissəsində, o cümlədən Sibirdə yerləşən əsas strateji obyektlərinə zərbə endirsin. (virtualaz.org)
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı