ABŞ
ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi
ABŞ-ın Ticarət Nazirliyi Aleksey Navalnı işinə görə 14 təşkilatın adını “qara siyahı”ya salıb.
Publika.az xəbər verir ki, bu barədə Bayden administrasiyasının rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, həmin təşkilatlartdan biri dövlət, 13-ü isə özəl kommersiya qurumu olmaqla, doqquzu Rusiya, üçü Almaniya, biri isə İsveçrəyə məxsusdur.
“Bundan sonra adıçəkilən şirkətlərlə bağlı istənilən məhsulun ixracı və ya təkrar ixracı ABŞ-ın sanksiyalarının təsirinə məruz qalacaq. Daha dəqiq desək, onlara ixrac lisenziyası verilməyəcək”, - deyə hökumət rəsmisi bildirib.
Bununla yanaşı, yeddi Rusiya məmuruna qarşı da sanksiya tətbiq olunub. Onların ABŞ-da yerləşən əmlakına həbs qoyulub.
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi