Blinken: "ABŞ Çinlə mümkün hallarda əməkdaşlıq edəcək"
Bizi izləyin

ABŞ

Blinken: "ABŞ Çinlə mümkün hallarda əməkdaşlıq edəcək"

"Amerika Birləşmiş Ştatları Çin Xalq Respublikasına düşmən və rəqib kimi yanaşacaq, lazım gəldikdə, mümkün hallarda əməkdaşlıq edəcək".

Publika.az xənər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, Rusiya, İran və Koreya Xalq Demokratik Respublikası (KXDR) da daxil olmaqla bir neçə ölkə bizim qarşımızda ciddi çağırışlar yaradır. Lakin Çinin çağırışı fərqlidir.

"Çin ABŞ-ın əsas problemidir və bu ölkəyə güc mövqeyindən yanaşmaq lazımdır. Çin sabit, açıq beynəlxalq sistemə ciddi şəkildə meydan oxumağa qadir olan yeganə ölkədir", - deyə Blinken bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm