ABŞ-dan İranla bağlı KRİTİK QƏRAR
Bizi izləyin

ABŞ

ABŞ-dan İranla bağlı KRİTİK QƏRAR

ABŞ hökuməti İrana qarşı sanksiyaların müddətini uzadıb.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat dərc edilib.

Bildirilib ki, İran hökumətinin fəaliyyəti və siyasəti - raketlərin, şərti silahların yayılması və inkişafı, şəbəkəsi və regional təcavüz kampaniyası, terror qruplarına dəstək, İslam İnqilabı Keşikçiləri Korpusuna dəstək, ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və həddən artıq təhlükə yaratmağa davam edir: “Bu səbəblərdən 15 mart 1995-ci ildə elan edilmiş fövqəladə vəziyyət 15 mart 2021-ci ildən sonra davam etməlidir. Bu çərçivədə Milli Fövqəladə Hallar Qanununa əsasən, İrana qarşı elan edilmiş fövqəladə vəziyyət daha1 il davam etdirilir.

Bu bildiriş Federal Reyestrdə dərc olunur və Konqresə göndərilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm